Bir təsadüfün tarixçəsi ...

15-01-2021, 19:20

Kriminal -Korrupsioner məmurları açıq tekstlə de-şifrə etdiyinə görə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev arsenalındakı şərin uzantılarını İDEAL qəzetin baş redaktoru Nazim İdeala qarşı (Quliyev) hərəkətə keçirmişdi.

Həmin vaxt Bizim Binəqədi rayon Məhkəməsin də məhkəmə işimiz var idi.
Nahar fasiləsi bitdikdən sonra, katib vətəndaşları məhkəmə zalına dəvət edirdi.
Hər kəs kimi Biz də məhkəmənin inzibati binasına tərəf irəliləyirdik. Bu zaman uzun boylu kök bir qadın yerə uzandı və paltarlarını sinəsinə kimi dartdı.
Qadınlar yaxınlaşıb kömək etdilər və 5 dəqiqə keçməmiş ambulans gəlib həmin qadını apardı.
Sonra yerdə qan olduğunu gördük və bu xəstəliyin adını müəyyən edə bilmədik.
Məhkəmə prosesi bitdi və həyətə çıxanda Binəqədi rayon hüquq-mühafizə orqanlarının rəhbərlərini bir nəfər şəxslə mübahisə etdiklərini gördük.

Məlum oldu ki, HMO-nın mubahisə etdikləri şəxs İDEAL qəzetin baş redaktoru Nazim Quliyevdi. HMO iddia edirdi ki, bu qadını Siz təpiklə vurmusunuz və oda 3 aylıq körpəsini salıb.

Bu ağ yalanı təkcə mən deyil, 50 nəfərdən çox İnsan müşayət etmişdi.

Xarakterimdən dolayı yalan danışmayın deyib canfəşanlıq etdim.

Polis rəisi Nazim Nağıyev məni hədələməyə başlasa da nəticəsiz qaldı.

Hadisə şahidlərinin əksəriyyəti şərləmək istədikləri şəxsin-Nazim Quliyevin yanında olduqlarını israredirdi və hamımız 5-ci PB-nə gəlib hadisə və gördüyümüz barədə izahat verdik.

Sonradan mətbuatdan oxuduq ki,bala salan "son söz" adlı qəzetin baş redaktorudur...

O zaman AM şurasının sədri amaşov əflatın görmədiyi hadisə barədə öz truppası ilə birlikdə baş prokuror qaralov zakirə müraciət etmişdi ki, Nazim bəy barəsində tədbir görülsün!

Nazim bəylə o zaman tanış oldum və çox yaxşı münasibətlərimiz bu günə kimi davam etməkdədir!

Bu gün dövlət büdcəsinin talanması faktı üzrə Baş Prokurorluğun yaydığı məlumat göz önündədir.

Və oda məlumdur ki, səfərli vüqar 57000000 hamısını heç də təkbaşına yeməyib?!
Ortaqları nə ikidir, nədə ki, on iki?

Ona görə də istintaq orqanları aşkar cinayət faktlarını törətmiş bütün başları mədələşmiş korrupsionerləri həbs etməlidir ki,ikili standartlar özünü dövlət  sanmasın!

Heç kəs özünü qanundan üstün hesab etməsin!

Biz görmədiklərimizə şahidlik etmirik, aşkar cinayət faktı barəsində zəruri tədbirlər görülməsini tələb edirik!


Rüfət Kamil
Yazar


İstifadəçi paneli