Sözün tam mənasında dövlət idarəçiliyi bir çox hallarda hallı debillərin nəzarətindədir.
Təfsilatı ilə bütün rəsmi qurumlara olunan müraciətə BTB MMC-nin müavini kazımov sübhan adlı birisi abstrakt maraqlara xidmət edən absurd cavab vermişdir.
Bununla yanaşı ünvanıma gələn məktubların hamısı açılmışdır.
Görünür bu sistemdə ana dilini bilən məmur qıtdır.
Buyurun təkrar göndərirəm ki, məmur olaraq cavab verəsiniz!
Məə-mırr kimi yox!
SİFARİŞLİ MƏKTUBUN 30 GÜNLÜK HƏSRƏTİ...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin abreviaturasına lazımdır ki, əlavələr edilsin!
Məsələn, Spıke, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi... və.s,
Yəni ki, surətli və səmərəli işlədikləri üçün...
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında Üzeyir Hacıbəyli 48 ünvanında yerləşən "Bakı Telefon Rabitəsi" MMC-yə (mərkəzi poçt) olan məsafə təxmini 400-500 metr təşkil edə bilər ki, bunu da istənilən sağlam insan ən geci 30 dəqiqəyə qət etsin.
Söhbət təcili-təxirəsalınmazdan gedərsə, qaçaraq 10-15 dəqiqəyə məkana yetişmək olar.
Lakin, "islahatçı" Nazir Ramin müəllimin kadrı Rövşən Əliyev və onun Gövhərlərdən, Məlahətlərdən ibarət komandası Nəsimi rayon 22-ci polis şöbəsindən yaşadığım 28 may küçəsi 11 ünvanına 30 noyabr 2020- ci il tarixdə göndərilən sifarişli məktubu 11 dekabr 2020-ci il tarixdə çatdırmayıb, telefonla xəbər edilib.
30 günə sifarişli məktub vətəndaşa hələ də yetişə bilmirsə, o zaman 30 yıldan sonra Qarabağı işğaldan azad etdiyimizə görə Tanrıya minnətdar olmalıyıq!
Ölkəmizdə kadr islahatlarına məsul edilmiş məsuliyyətsiz və..., adamlar xislətlərindən dolayı tamahları mənliyinə güc gəlirsə, o zaman təyin etdikləri postlarda özlərinə daha yaxın olan adamlardan birinə rüşvət toplamağı, birinə vətəndaşlara zülm etməyi tapşırdıqları kimi, bir nəfər də məsuliyyətli, savadlı, özünü və milli-siyasi kimliyini tanıyan şəxsi təyin etsinlər ki, dövlətə xidmət edib vətəndaş məmnunluğunu qazandıra bilsin!
Quskanın şustryakı, Əli Həsənov ölkədə bir neçə ədəd fərari-partiyasını-əqidəsini-mənliyini satmış, istifadə limiti bitmiş appendikslərdən ibarət komanda düzənləyib hamısını əməkdarla stiqmalayıb "general" düzəltdiyi kimi, digər qurumlar da bir çox özünün və heyvan orqanlarını satmış debillərdən rüşvət alıb vəzifə verib ki, İnsanlarla işləsin ?!, dövlətimizə xidmət etsinlər !????
Heç bir anti-tezis hazırlamadan bəyan edirəm ki, bu adamların böyük əksəriyyəti hara xidmət etdiyini, vətəndaşı olduğu dövlətin qanunlarından bixəbərdirlər!
Savadlı adam heç vaxt məsuliyyətsiz olmaz...
Dövlətinə xidmət edən, vətəndaşı incitməz...
Yalnız və yalnız əxlaqdan məhrum siyasət də qanunlar qaydaların vassalı olmağa məhkumdur.