Niderlandda etiraz aksiyaları

27-01-2021, 11:38

Niderlandda hökumətin COVID-19 əleyhinə tətbiq etdiyi qadağalara etiraz edən nümayişçilərdən 33 nəfər saxlanılıb.
Bu barədə “Dutch News” agentliyi məlumat yayıb.

Saxlanılanlar Rotterdam şəhərinin sakinləridir.
Qeyd olunur ki, polis tərəfindən saxlanılan şəxslər qanunsuz toplaşmaqda və sənədlərini hüquq mühafizə orqanlarına təqdim etməməkdə ittiham edilir.


İstifadəçi paneli