Bəzi məqamlarda Kəndimizin əsl- ÇİYƏLƏKLİ adını yazarkən, bəziləri sovet nomenklaturasının öz mənfur niyyətini legitimləşdirmək amacıyla "milli" marionetkaların reneqatlığından istifadə edib təlqin etdiyi adı eşitmək istəsədə...
Bu gördüyünüz mənzərə Mənim böyüyüb-başa çatdığım məhlə, təhsil aldığım məktəb, həyatla bərabər tanış olduğum kəfşənlər, biçənəklər, pöhrəliklərdir.
Təbiətin oyanışı botanika elminin hələdə tapa və tanıya bilmədiyi ecazkar xatun-banu çiçəklərilə təbiəti rahiyəsinə bürüyür.
Hətta inciyib tərki-ev olsan belə, yolboyu dağ-kişmişi sənə bələdçilik edib təkəsaqqalı, yemlik, qıppığan, quzuqulağı, mərövcə, çiyələyə kimi qonaq edər.
Bu məkanlarda yetişən nə bənövşənin qoxusuna, nədə ki, çiyələyin dadına 30 yıl ərzində, bir dəfədə olsun rast gəlmədim.
Təkcə təbiəti, gülü-çiçəkləri deyil, İnsanlarıda saf, ləyaqətli, qayğıkeş, təəsübkeş, vicdanlı və cəsurdur Kəndimin.
100 təsərrüfatlı kəndimdə 75 Ailə yaşayırdı. Elə bir Ailə tapmaq mümkünsüz idi ki, bir nəfər də olsun ali təhsil ocaqlarının birində təhsil almasın.
Elə bir ev yox idi ki, ermənizm qarşısında öz mətinliyini göstərməsin!
Kəndimizdə Ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda canından keçmiş Mübariz Alıyev, Şahbaz Kərimov, Elgün İsmayılov kimi oğullar Şəhidlər Xiyabanında hər gün bizə: "Toprağın Xilası, Elin Qisası"nı təlqin ediblər!
Bu gün Çiyələkli kəndimdən paylaşdığım görüntülər yenidən Məni yaddaşımın cığırına salıb QALAMA apardı.
Son adajio əbədi itirilmişlər üçün qəribsəmədir, nostaljidir!
MƏNİM EVİM, MƏNİM QALAMDIR!
Sən Mənim günəş işığımsan!
Sən Mənim göy qurşağımsan!