Sabah Milli Məclisin yaz sessiyası başlayır

31-01-2021, 11:33

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclisin yaz sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.


İstifadəçi paneli