NAZİM İDEAL: Xalqa xidmət fəlsəfəsi və vətandaş məmnunluğu...

15-02-2021, 08:56

Mülkiyyət hüquqlarıma qarşı törədilmiş aşkar cinayət əməlləri uzun müddət sobataj edildiyindən problemləri sosiallaşdırmaqdan,hisslərimizə müraciətdən başqa yolumuz qalmır...

Son günlər kurasiyamda olan Media quruluşlarında məhz hüquq mühafizə orqanları,xüsusilə Daxili İşlər orqanları barədə səsləndirdiyim tənqidi fikirlərimdə məhz bu amillər  daha çox açığa vururdu...

Bir neçə gün bundan əvvəl, Bakı Baş Polis İdarəsinindən yazılarımla bağlı maraqlandıqdan sonra,rəhbərliyin Mənimlə görüşmək istədiyini bildirmişlər.
Boş vaxtım bu günə təsadüf etdiyindən Saat 12:30-dan,13:55-ə qədər Bakı Baş Polis İdarəsinin rəhbər şəxslərilə görüşüb bu və ya digər ümummilli maraqlara söykənən məqsədyönlü vətəndaş-polis münasibətləri,vətəndaş məmnunluğunun fəlsəfəsini səmimi müzakirə etdik və çox məmnun qaldım.
Eyni zamanda güvəndim.Güvəndim ki,nə yaxşı ki,Dövlətim də təmsil olunan və Xalqına xidməti həyat kredosu seçmiş yüksək çinli dəyərli İnsanlar var.

BBPİ-in rəhbərliyi Səbail və Nəsimi Polis idarələrində uzun müddətdir ki,həlli açıq qalmış problemlərin tezliklə hüquqi həllini tapacağı vəd edildi.

Yazılarımı diqqətdə və şəxsi nəzarətində saxlamaqla,Ali dövlət prioritetləri sistematikasından çıxış edən Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik cənab Vilayət Eyvazova xüsusi təşəkkürümü bildirirəm!
VƏTƏNDAŞ  MƏMNUNLUĞUNUN  fəlsəfəsi bax budur.


İstifadəçi paneli