NAZİM İDEAL: Yolun düşsə bu dünyaya ..............!

15-02-2021, 09:31

PAYTAXT  BAKININ  İDEAL  məkanlarında  konfort  həyat  yaşasamda, ful  avtomobilləri  sürsəmdə, uğrunda  HƏYATIMI  fəda  etdiyim - Ölkəmdə, doğrunu  olduğu  kimi  dediyimə-yazdığıma, HAQQIN və HAQLININ  SÖZÇÜSÜ  olduğuma görə  Zindan  içərisində  Zindan yaşasamda, Məkanımdan  asılı  olmayaraq  QÜRURLU-SÖZ  SAHİBİ  Olsamda, Çoxlarının  mavi ekrandan görüb  köks ötürdükləri  məşhur-"fəxri"adlı medallılardan  təyinatı  üzrə  istismar  etsəmdə;

FƏXR etdiyim  ÖVLADLARIM   Olsada, ....,......,........,..........,............,.........,.ATAMSIZ- VƏTƏNSİZ- KƏNDİMSİZ- UŞAQLIQ - GƏNCLİK İLLƏRİMİ   Bölüşəcəyim,paylaşacağım  dostlarımsız, ŞƏHİD  QARDAŞIM  KƏRİMOV  ŞAHBAZ  Canbaxış oğlusuz  sanki  könül  candan ayrılmışdı...!

ŞAHBAZLA  bir  sinifdə  oxumuşuq. Nəinki sinifimizdə, məktəbdə  ən  çox  valideyni  tərəfindən   cəzalanan  MƏN  olmuşam .

Sinifimizdə  23 nəfər Şağird təhsil  alırdı.Yəqin ki, Hər  kəsin   bir-birilə  sevə-sevə yuxusuna  apardığı  unudulmaz  Xatirəsi var.

ALLAH  ŞAHİDDİR ki, MƏNDƏN  ötrü  CƏNNƏT  dünyaya göz açdığım ÇİYƏLƏKLİDİR!

İNSANLIQ, MİLLİ-MƏNƏVİ  DƏYƏRLƏR, Vətənə-Ataya-Anaya-Qardaşa-Bacıya-qohuma-qonşuya-təbiətə-sevdiklərinə sərgilənən İDEAL məkandı 
ELİM-OBAM!

ŞƏHİD  QARDAŞIMLA  orta məktəbi  bitirdikdən  sonrada birlikdə olmuşuq.Mən  Gəncədə  O, Tovuzda  təhsil aldıq.Sonra  kəndimizdə  AĞ-DAŞ  
QALASINDA  Səngərdə dərdləşərdik !!!

K A Ş     O   G Ü N L Ə R   O L A Y D I.................!

ŞƏHİD  QARDAŞIMLA  Sumqayıtda  ŞƏHİDLƏR Xiyabanında  çox dərdləşmişik !

Bilir ki, VƏTƏN  sözü Lazımın yolunu gözləyən  hibridlərdə  allergiya  doğurur ;

Onlar  VƏTƏN  adlı  bir  DƏYƏRİN  mövcudluğuna  nifrət  edirlər !

Millət  yaşadığı  ölkədə  yaşaya  bilmədiyi  gerçəkliyin  xəyalı ilə  oynayır !

Millət!- ALLAHIN  verdiyi  ömrü deyil, Harınlaşmış konsentrik  dairələrin  müəyyən  etdiyi  qəzavü-qədəri  yaşayır !

ŞƏHİDLƏRİMİZİN  uyuduğu  Məzarlıqların 3/1  hissəsi  qədər  işğal altındakı  topraklarımız  geri  qaytarılmayıb !

Cəmiyyətdə mənəvi aşınma o qədər dərinləşib ki, marginal  orqanların  arsenalını təşkil  edən  məə-mırrlar, "ictimai-siyasi" QıF-lı fəallar həm "ekspert", həm də  üzəduranlıqla, başqalarına  saxta cinayət  işləri  düzüb-qoşmaqla  övlad  saxlamaq  artıq  ayıb  sayılmır...!

Topraklarımız  kimi,İNSAN və VƏTƏNDAŞ  Hüquq və Əsas  azadlıqlarımızın fundamental prinsipləri  bir  çox  qandan  və  candan  rüşvət  yığmağa  öyrəncəli cənab  heç  kimlərin,barbarların  cəngəllik  qaydalarının  işğalındadır !; !;.............................!

Deyəsən azda olsa  dərdləşdik !

Dərd adamı,Haqsızııqla barışmadığından  dolayı,TAXTIN  UCADIR  ŞƏHİD  QARDAŞIM !

Toprağı NAMİNƏ  silaha sarılmalı olanların bir qismi  mikrofona, bir  qismi  yaltaq -yalaq  medalına,  bir  qismi  pul-rüşvət  çəlləyində  qıcqırmış  naxıra  sarılmışdır !

Sözsüz ki, yüz yıl  topraksız-vətənsiz,əyilə-əyilə,qorxa-qorxa,şərəfsiz-alçaq kimi yaşamaqdansa,qanunların  köləliyə  salındığı  bir ölkədə NAMUSLU-QEYRƏTLİ  İNSANLARIN  Abırlı yeri  ZİNDAN və ya ŞƏHİDLİK  Zirvəsidir !

UCA-ƏZİZ  ALLAHIN  iznilə  ZƏNGƏZUR Mahalında, kəndimizdə-ÇİYƏLƏKLİDƏ  GÖRÜŞƏRİK !

RUHUN  ŞAD  OLSUN  ŞƏHİD  QARDAŞIM !!!


İstifadəçi paneli