NAZİM İDEAL: Şəhidlərin haqqını itirməyək!
Bu gün Azərbaycanda ən böyük savab, mübarizə günahı etməkdi.
Haqsız yerə zindana atılmışların günahına şərik olun!
Hazırda Azərbaycan həbsxanalarında 150 nəfərə yaxın Şəhid Ailəsinin üzvüləri və Qazilərimiz cəza çəkirlər.
Onların böyük əksəriyyətinin günahı günahsızlığıdır.
Ənənəyə uyğun olaraq,Novruz bayramı münasibətilə növbəti ƏFV fərmanının imzalanacağı gözlənilir!
Ümid edir və inanıram ki, Şəhid Fizuli Orucovun övladı-hazırda 7 saylı C.Ç.M-də cəza çəkən Elvin Orucluya, cəsur döyüşçü Aprel Qazimiz hazırda 1 saylı C.Ç.M-də cəza çəkən Tofiq Məmmədova və digər günahsız və cəmiyyətin həssas təbəqəsinə olan münasibət Prezidentin bu kimi fərmanlarından mənfəət götürən dəllalların ənənəvi sabotajlarına şans verməyəcək !
Çün ki,Dövlətimizin suverenliyi,topraklarımızın azadlığı öz məhvərindən məhz Şəhidlərimizin,Qazilərimizin sayəsində qopmadı.
Onların sayəsində məğlub dövlətdən,Qalib dövlət statusuna keçid edə bildik!
Onlar kriminal-korrupsioner-qanqster-reket deyillər və dövlətimizin nə nüfuzuna xələl gətirməyiblər,nədə ki,büdcədən oğurluq etməyiblər!
Əksinə,onlar dövlətimizin varlığı üçün,öz canlarından keçiblər!
Şəhid övladı Elvin Oruclu müharibə getdiyi 44 gün ərzində, dəfələrlə Atasının qisasını almaqdan ötrü döyüşə hazır olduğunu və bunun üçün ona bir neçə günlük şans verilməsi üçün Prezident İlham Əliyevə dəfələrlə müraciət ünvanlamışdır!
Dövlətin,Prezidentin, Medianın adından simulyasiya,spekulyasiya,imitasiya edərək troe-sekstet şəklində 7 milyonu qapançı bığlarına bulaşdıran həsənov əli məhəmmədəli oğlu məsuliyyətdən kənarda saxlanıldığı halda, tələb olunan rüşvəti vaxtında çatdırmadığına görə iftira krujevalarına bulaşdırılan Şəhid övladını həbsdə saxlamaq həqarət deyilmi?
Həyat yoldaşının tələblərinə müavinat azlığı səbəbindən cavabı Azərbaycan kişisi sayağı verən Aprel qazisini 11 il həbsdə saxlamaq hansı məntiqə sığışdırmaq olar???
Dünənin müxalifəti,bu günün əfv dəllalı,sabahın bitərəfi, hər günün bişərəfi əlməmmədlərə,525 sifətli rəşadlara, zombi dubtatlara..., Prezidentin müstəsna səlahiyyətlərini,o cümlədən AR-sı Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi
yem etdirilməməlidir!
Elə edilsin ki, bu dəfə Şəhid Ailələri,Qazilərimiz ürəkdən deyə bilsinlər: "Bahar xoş gəlibdir Azərbaycana"...