Köstəbək indi kimdir ?!

12-03-2021, 16:50

Dünənə kimi,hər kəsin istinad edib özünə təsəlli verdiyi əsas "qüvvələrdən" biri Ramiz Mehdiyevin Vətəndaşla anlaşması fəlsəfəsinin əsas qayəsi-marginal orqanlara bir işarəsilə tamamlanırdı.

Yəni bu adamın xisləti ölkənin istifadə limitləri bitmiş şansanetkalarını ətrafına toplayıb, ona və arsenalına təhlükə yarada biləcək adamları aradan götüzdürmək,həbsə atdırmaq və.s, olduğunu şüurlu həyat yaşayan hər kəs bilir.

Hazırda Mehdiyev öz istehkamını AMEA-da yerbəyer edib və elmin anasını dayanacağa bağlayıb ki, bu barədə də ona "dur" deyə biləcək səlahiyyətli şəxs və şəxslər yoxdur!

Ramiz Mehdiyev  "atvyorkasının" bütün dilləri işlərkən,hökumətin törətdikləri bütün xoşagəlməz,iyrənc kayotalar bu "təmiz adamın" sinəsindən asılırdı.

De-fakto Ramizdən repressiya maşınının sükanı alınıb və hazırda o ticarətlə məşğuldur.

O zaman sual ortaya çıxır ki, hazırda  Xalqımıza qarşı ramizlik edən kimdir???

Hazırda Prezidenti,Dövləti,Qanunları aldadan, hörmətdən salan köstəbək kimdir???!

Niyə yenədə Vətəndaş müraciətləri ənənəvi olaraq araşdırılması, problem yaradan qurumların üzərinə göndərilməkdədir!

Bilinmir?, yenədəmi Vətəndaşların Müraciətləri ilə iş şöbəsinin müdri Süleyman İsmayılov Ramiz Mehdiyev qaydalarına  xidmət edir, yoxsa əksinə???

İkincisi, şou-biznes cameəsinin arxa-dayağı, dövlət qanunlarını oğru ideyaları üzrə sonuclayan DİN-nin Baş Cinayət Axtarış İdarəsinin Polkovniki Hacı Məmmədovun hazır ki, sələf(lər)i  kim(lər)dir???

Nədən, Vətəndaş  Polis münasibətləri normal  məcraya yönləndirilmir?

Nədən qüvvədə olan qanunlar,qaydaların-direktivlərin qüvvətsiz  tabularına çevrilir?

Həyata keçirilən islahatlar niyə effektsiz maklaturaya çevrilməkdədir?

Polis eyni zamanda preventiv-profilaktik tədbirlər görmək üçün məsuliyyət daşıyır!

Bitmiş cinayətin  üzərinə  kəfən atmağa nə var ki?

Baş verən cinayətlər,intiharların baş tutmasında təkcə sevgi-qısqanclıq-sosial problemlər aspektlərindən yanaşmaq debillikdir.

Bu kimi problemlərin başlıca yaranma səbəblərindən birincisi, İnamsızlıq-Güvənsizlikdir.

Yəni vətəndaş güvənib-inana biləcəyi orqanları bir çox hallarda təhlükə ocağı hesab edir və şərlənəcəyi və yaxud da əlavə problemlərlə üzləşəcəyindən ehtiyatlanır!?

Bu düşüncələrin bitməsini reallaşdıra biləcək tək faktor SÖZLƏR deyil, HƏRƏKƏTLƏRDİR.

Vətəndaşlar qarşılaşdığı problemlərdən mənən azad olmalı və hüququn həlledici faktor olduğuna şəksiz inanmalıdır.

Təəssüflə bildirməliyəm ki,sistemdə Hacı Məmmədov xislətli köstəbəklər hələ də var və onların  başlıca amacı hər bəladan nəf götürməkdir ki, buda istər-istəməz Dövlətin Ali Məqsədinə (AR-sı Konstitusiyası-Maddə.12)sarsıdıcı zərbələr vurmaqda davam edir!


İstifadəçi paneli