NAZİM İDEAL: Zəngəzur Azərbaycandır !
Yaz qabağı ağaclardan aldığım zövqü heç bir canlıdan almamışam.Abşeronun toprağı sarı,qumsal olduğu iddia edilsədə, Mənim toprağım bərəkətli və qapqaradır.Baba yurdum, Kəndim kimi !
Əvvəllər bu ərazilər yoncalıq olub.Doğma el-obamın, yurd-yuvamızı bu topraqlar,ağaclar və çiçəklər xatırladıb Bizə!
Elə bir ağac-çiçək sortu yoxdur ki,bu toprakda yetişməsin!
Xurmadan limonadək,bənövşə çiçəyindən yasəmənədək...
Lakin,bir fərqi var.Meyvənin dadı,çiçəyin İy-qoxusu o deyil!?
Ağaclara İnsanlardan daha çox etibar edirəm.
İçində nə xaini,nədə ki,satqını yoxdur.
Pula,var-dövlətə görə heç riyakarlıq edənidə yoxdur.
Birinci il əkdiyim ağaclar belə öz nübarını Bizdən əsirgəməmişdir.
Artıq aqrotexniki qaydaları peşəkar şəkildə başa çatdırmışam.Mən üzərimə düşənləri etmişəm və indi növbə onlarındı.San ki, hesab soruram...
Ümid edirəm ki, bu yıl məhsul bol olacaq....
Baba yurdum Qubadlı rayonu Çiyələklinin təbiəti yazın gəlişini səbirsizliklə gözləsə də, hələlik o məkanlara dövlət büdcəsini ortaq şəkildə parçalamağın smetasını hesablayan başları mədələşmiş fərari-qəssablar, şortu-biznesin amoralları üçün kart-blanşdır.
Şəhid Övladı hazırda həbsdə olan dırnağından saçına qədər Turançı Elvin Oruclu mənim Qubadlıya ziyarət etməyimi Məndən daha çox istəyir və hər dəfəsində ilk sualı Vətənə getdinmi?
Gənc Elvin hesab edir ki, Mənim Qubadlıya getməyim Atası-Şəhid Fizuli Orucovun ruhuna bir təsəlli olardı.
Biləndə ki, "minaya görə" qədirbilən hökumətimiz Mənə qıymır.
Bilirsinizmi nə deyir?
Deyir ki, yüz faiz Araik Arutyunyan bu səfəri əngəlləyir.
Oda Sizdən qisasını bax bu cür alır.Axı onlara qarşı 3 il döyüşmüsən.
Hazırda o topraklara Döyüşçüləri deyil,fərariləri birdə alverçiləri buraxırlar.
Minanın qardaşları ətəyini düzəltdikdən sonra mütləq o məkanda uyuyan əzizlərimi ziyarət edəcəm!
ALLAH öz əməllərilə dünyadan köçənlərinə rəhmət oxutduranlara Rəhmət etsin!
Onsuzda 30 yıldır ki,Kəndimizi,o cənnət məkanlarımızı yuxularımda gəzib dolaşıram.
Bir azda Minanın ətəyindən yapışan araiklərə görə gözləməyə nə var ki?
Əlbətdə ki,toprakdan gəldim,toprak uğrunda vuruşdum,bir gündə uğrunda canımdan-qanımdan keçdiyim toprağıma qovuşaram!
Vətənin o başı,bu başı olmaz!
ZƏNGƏZUR AZƏRBAYCANDIR!