NAZİM İDEAL:Xalq nəhayət ki,xalis cinayətkarları tanımalıdır!
General-leytenant Rövşən Əkbərovun 19 yıl bundan əvvəl Ukraynada mübahisə zəmnində bıçaqla qanına qəltan etdiyi gənc iş adamı Elçin Əliyev işinə hüquqi qiymət verilməsi üzrə atılan addımlar şüurlu həyat yaşayan İnsanlar tərəfindən birmənalı qarşılanmır!?
NİYƏ???
-Niyə, 19 yıl bundan öncə törədilmiş qətl hadisəsi bu gün araşdırma predmetidir?
-Həmin illərin Baş Prokuroru Zakir Qaralov açıqlama verməlidir ki,nədən aşkar cinayət işinə vaxtında hüquqi qiymət verilməyib.
-Müstəqil Media quruluşlarında, İDEAL Qəzetdə bununla bağlı silsilə yazılar dərc edildiyi halda, qətliamın açılması nədən yubadılıb və Prosessual qanunvericiliyin hansı müddəası buna "zəmin" yaradıb?
-Zakir Qaralov həm də deməlidir ki,Rövşən Əkbərov və onun cinayət ortaqlarını himayə edən köstəbək kimdir?
-Həmin dönəmdə hərbi Prokurorluğa autentik ifadə vermiş ortaqların izahatları dəyişdirilmədən,saxtakarlıq edilmədən cəmiyyətə açıq olmalıdır.
Çün ki,artıq burda istintaq sirrindən söhbət gedə bilməz.Mətbuatın bildiklərini HMO bilmir ki?
-Bu cinayət işi təkcə bir nəfərə-Elçin Əliyevə qarşı törədilmiş cinayət deyil,eyni zamanda oğlunun qisasını almaq gücündə olmayan və bu səbəblərdən dünyasını dəyişən ANAYA,cəmiyyətə publik despot münasibət sərgilənən hüququn qətlə yetirilməsi məsələsidir.
Azərbaycanda Məmurlar tərəfindən,o cümlədən Rövşən Əkbərovun cinayətləri barədə 2004-cü yıl tarixdə rəhmətlik Eyyub Kərimovun müəllifi olduğu "İLANI QUCAQLAYAN XALQ" kitabında dolğun materiallarla öz əksini tapmışdır.
Bu gün onlarla Vətəndaş törətmədiyi cinayətə görə,cinayətkarların qanundankənar "ehtimal və mülahizələr" qaydaları üzrə azadlıqdan girov götürülərək məhbəs həyatı yaşamaqdadır.
Eyni zamanda qanları batırılmağa hesablanmış İnsanlara qarşı törədilmiş cinayət faktının açılmasına imkan verməyən qanqster qara qüvvələr mövcuddur.
2015-ci yılın aprelində hərbiçi Telmanzadə Razimin qatillərinin təsbit edilib məsuliyyətə cəlb edilməməsində Prokurorluq maraqlıdır!?
Övladlarının qatilini tapa bilməyən valideyinlər ürəkləri partlayıb övladlarının yanına köçəndən sonramı cinayətkarlar təsbit ediləcək?!
Elçin Əliyev kazusu sayağı.
Milli və Beynəlxalq qanunların heç bir müddəasında qanunların kimisinə imtiyaz,kimisinə cəza verilməsi kimi diskrision dispozisiya mövcud deyil.
İllərdir ki, qurbağa kimi bataqlıqlarda bəslənilən və yeri gəldikcə quruldadılan "ziyanverici həşaratların" gerçək üzünü hər kəs görmək istəyir.
Absurd-blef apologiyalar artıq öz əhəmiyyətini itirib!
Xalq nəhayət ki, xalis cinayətkarlarını tanımalıdır!