Tanımayan insanlar Nurlana Əliyevanın fizioloji quruluşuna baxarkən bəlkə də hiss edər ki, bu xanım sözün tam mənasında "ədəbli-ərkanlı" pedaqoqdur. Lakin müdriklərin dediyi kimi, xarakter mükəmməl tərbiyələnmiş iradədir. Axı hər birimiz onu da bilirik ki, Bakı Slavyan Universitetinə qədər Nurlana Əliyeva Sabir adına Pedaqoji Texnikumda əxalqdan və dövlətçilikdən kənar anarxizmin bütün sifətlərinə öz möhürünü vurmuşdur.
Bakı Slavyan Universiteti barədə yazılan yazılarımızdan sonra "İdeal"-a daxil olan materiallar istəməsək belə insanlığa şok terapiya yaşatmaqdadır.
Sən deməyəsən, Nurlana Əliyevanın hamiliyi və himayədarlığı sayəsində Rus dilinin tədrisi metodikası kafedrasına müdir təyin etdiyi Valeh Nəsibov qızı və yaxud da nəvəsi yaşda tələbələrə SMS və Whatsapp mesajları ünvanlayaraq fransızların belə edə bilməyəcəyinin mahir ifaçısı olduğunu etiraf etmişdir. Hansı ki, buna qədər Azərbaycan tarixi və ictimai elmlər kafedrasında çalışmış Cavanşir müəllim də belə bir əxlaqsız davranış nümayiş etdirmişdi.
Təsəvvür edin ki, tələbələrin valideynləri Prezident Administrasiyası qarşısında özlərini yandıracaqları ilə bağlı səs-küyü olmasaymış hər şey ört-basdır olunacaqmış. Lap Azərbaycan Beynəlxalq Universamında olduğu kimi, yüzlərlə hüquqsuz, dövlətsiz, arxasız qız tələbələr hamilə edildikdən sonra Təhsil naziri xəbər tuturdu və o da öz növbəsində qanunları hamilə edirdi. Bildiyiniz kimi, ABU-nun bağlanmasının və de-şifrə edilməsinin ilk və son səbəbi məhz "İdeal" olmuşdur.
Dünən olduğu kimi bu gün də təhsilsizliyin və əxlaqsızlığın inkişafında ən böyük rol oynayan millisiz telekanalizasiyalar və eyni zamanda Ramiz Mehdiyev adına medallı və hökumət tərəfindən yemləndirilən "media quruluşları"nın əməyi danılmazdır.
Nurlana Əliyeva sözün tam mənasında əgər az da olsa müəllimlik simasına sahibdirsə ona layiq olmadığı kürsünü tərk etməlidir. Axı Bakı Slavyan Universiteti o demək deyil ki, hətta slavyanların belə özlərinə sığışdırmadıqları hərəkətlər orada edilməlidir. Necə ki, Sabir adına Pedaqoji Texnikumun qarşısında azmış və itmiş səviyyəsiz subyektlər qızların yolunu gözləyirdi. Hazırda həmin tendensiya Bakı Slavyan Universitetinin qarşısında davam etməkdədir. Axı burası korlar və lallar şəhəri deyil ki? Hər halda Nurlana Əliyevin sevgi mesajı yazan professor kadrları,qızları və nəvələri yaşda tələbələrə dil uzadırsa, başqası nə etməlidir?
Ona görə də yazdığımız yazılarda Təhsil Nazirliyini ittiham etmək istəmirik ki, Sözün tam mənasında nazir Emin Əmrullayev və onun debil kadr resurslarının beynində ciddi islahatlara ehtiyac vardır. Siyasi iradəsi olmayan Emin Əmrullayevinin təkcə Nurlana Əliyeva qarşısında deyil digər baron və baronessalar qarşısında necə təzim etdiyi bəllidir.
Araşdırmalarımız davam edir.
Lalə Əlizadə