Daha bir marşrut kart sisteminə keçir

1-06-2021, 16:49

Sabahdan Bakıdakı 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart-la ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə aşağıda qeyd olunan ünvanlardakı OBA marketlərdə Bakı Kart balansının artırılması üçün POS-terminallar quraşdırılıb.

Sergey Yesenin döngə 2;
Baba Əliyev 244;
Yesenin 62;
Mərdəkan 152;
Qılman İlkin küçəsi;
Zuğulba - Heydər Eyvazov küçəsi 1A;
Buzovna qəs – Şüvəlan yolu;
Mustafa Sübhi 2;
Rasim İmanov 24.

Bu, son bir ayda BakıKart-a inteqrasiya edilən 12-ci marşrut xəttidir.


İstifadəçi paneli