İsrailin yeni prezidenti seçilib

2-06-2021, 15:54

İshaq Hersoq İsrail dövlətinin yeni prezidenti seçilib.
 
Məlumatı İsrail KİV-i yayıb.
 
Məlumata görə, səsvermədə iştirak edən deputatların 87-si İshak Hersoqun, 27-si isə Miryam Peresin lehinə səs verib, 6 deputat tərəfsiz qalıb.
 
Qeyd edək ki, İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İshak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İshaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında hərbi xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, “Soxnut”yəhudi agentliyinin rəhbəri olub.


İstifadəçi paneli