BİR-İRİ-DİRİ OLACYIZ !!!
İDEALIN TƏRCÜMEYİ QÜRURU !
Telman Quliyev:"Günümüzə baxın!-hazırda Qaçaq Nəbinin nəvələrinin taleyini namusu əldən getmiş İbiş Məmmədəlioğlunun nəvələri həll edir."
-Tiran sifariş verir,Mərdlər dar qəfəsdədir
-Səbirli a-həstə Millət,topraklar can üstədir
-Toprak,sərhəd istəyən mühacir ya həbsdədir
-Taleyi yaşayanlar öz Vətənin tərk edir
-Üstü bəzək,içi təzək,arxada qalmış gələcək
-Vətənsizsən dünəndə sən,nə edim ki, bu gündəsən?
-İtirə-itirə "böyüyürsən" Ana Vətən Azərbaycan nə gündəsən?
(Nazim İdealın əsərindən götürülmüşdü...)
Nazim İdeal (Quliyev) 01.11.1969-cu il tarixdə Zəngəzur Mahalının Çiyələkli obasında Ziyalı Ailədə dünyaya gəlib.
1976-cı ildə Çiyələkli tam orta məktəbin 1 sinfinə daxil olub və 7 sinfdən sonra təhsilini paytaxt Bakıda yerləşən 5 saylı Kimya-Biologiya Təmaüllü məktəbdə davam etdirib.
1986-cı ildə Azərbaycan Kənd Təssərüfatı Akademiyasına rüşvət ödəmədən əla qiymətlərlə daxil olub.
1988-1989-cu illərdə,əvvəlcə Qorki Vilayətində 06 ay hərbi təlim keçib,sonra Almaniya Demokratik Respublikasında (ADR) Artilleriya briqadasında komandan və 110 nəfərin Millət başçısı seçilib.
Ehtiyatda olan zabitdir.
Milli Azadlıq hərakatının ən gənc liderlərindən birincisi olub və ümumrespublika tələbə forumunda təşkilat komitəsinin sədri seçilib.
Azadlıq hərakatının Lideri Əbülfəz Elçibəyin dəfələrlə ifadə etdiyi:"Böyük hörmətə və rəğbətə layiq inqilabçıdır."
1989-1993-cü illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması,dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində Qubadlı,Laçın,Zəngilan,Ağdam ərazilərində düşmənə vurduğu sarsıdıcı və məhv etdiyi canlı-cansız arsenallarının aqibəti bu günə kimi danışılmaqdadır.Düşmən nəyin bahasına olursa-olsun,Nazim İdealı məhv edilməsini hədəfləyir və pul buraxır.
Komandan bu barədə duysada uğrunda qanını tökdüyü Vətənindən bir an belə ayrılmır.
Döyüşlərdə dəfələrlə ağır yaralansada təkrar dönmüş və mayak missiyasını davam etdirmişdi.
31 avqust 1993-cü ildə Qubadlıya 4 tərəfdən Kafan,Gorus,Füzuli,Cəbrayıl,Zəngilan istiqamətlərindən erməni hücumları Nazim İdeal kimi Qeyrətli-Mərd oğullarımızın sayəsində Xocalının aqibətini yaşamadı.
Girov düşən,Şəhid olanlar yalnız kişilər oldu.
1993-1995-ci illərdə Prezident Əbülfəz Elçibəy təqdimatı üzrə Kənd Təsərrüfatı nazirliyində idarə rəisi vəzifəsində çalışıb.
Müxalifətçilər postlarını dondurub qaçanda,Nazim İdeal-hökumətə deyil,
"Dövlətimə Xidmət Edirəm" zehniyyətilə YAP hökumətilə hüquqi müstəvidə mübarizə apararaq,öz postunda ondan rüşvət tələb olunanadək işləmişdir.
1993-cü ilin avqustunda "Azadlıq"qəzetində jurnalist Babək Bəkirin,Nazim İdealdan aldığı "Siyasi əqidəsinə görə vəzifəsindən uzaqlaşdırma"müsahibəsi YAP rejiminə şok terapiya yaşatmışdır.
1994-1998-ci ildə ikinci Ali təhsilini - Ali Diplomatiya Universitetinin "Beynəlxalq hüquq gömrük hüququ" fakultəsinin "hüquqşünaslıq" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
01.11.1998-ci ildə "İDEAL" ictimai-siyasi-hüquq qəzetini təsis edib və baş redaktor olaraq,qısa zaman kəsiyində Müstəqil media quruluşu olaraq,Nüfuz və Tiraj etibarı ilə liderlik etməklə yanaşı,hakimiyyətdə ki, kriminal-korrupsioner-reket-quldur dairələrin və onlara lakey xidməti göstərən, adı "müstəqil və ya müxalifət" media quruluşlarının içlərinə birə salıb.
2000-ci ilin fevralında Azərbaycan tarixində ilk dəfə olaraq, müstəqil "İDEAL PRESS KLUB" yaradıb.
İDEAL PRESS KLUB bütün zümrədən olan Vətəndaşlara təmannasız xidmət etməsindən qəzəblənən siyasi rejim,danışıq masasında diktəsi,ardınca maddi təklif bumeranq effekti verdiyindən, Nazim İdeala qarşı repressiyalara start verilir.
İstər İDEAL qəzet,istərsədə İDEAL PRESS KLUB birmənalı olaraq xalqın ictimai-siyasi VƏKİLİ statusunda xalqa təmənnasız xidmət göstərməsi,repressiv rejimin sifətlərini və mahiyyətini nümayiş etdirməyə rəvac verir.
"Azərbaycan" mehmanxanasının 3 ədəd can alverçisi-Ella Xaçaturyan,Zarifa Beruzovna,Şayla Yusifovnalardan ibarət can alverçisi düzənlənir və Nazim İdeal barəsində satıcı hakim 7 il azadlıqdan məhrumetmə cəzasına "hökm" verir...
30 gündən sonra,Bakı Apellyasiya məhkəməsi Nazim İdeal barəsindəki Ağır cinayətlər məhkəməsinin hökmünü ləğv edir və barəsində Bəraət qərarı çıxarır.
Ədalətli qərardan zəncir gəmirən sifarişçi,Bakı Apellyasiya Məhkəməsinin Sədri
Gülzar Xanım Rzayevanı Prezident aparatına çağırıb təhdid edir və Ədaləti Ədalətsizliklə bərpa etməsindən ötrü vaxt verir.
5 aydan sonra, Baş prokurorun müavini, hazırda PA-da şöbə müdri vəzifəsini zəbt etmiş Eldar Nuriyev Bakı Apellyasiya Məhkəməsinin Qərarından verdiyi "protest" universal ssenariyə uyğun vassal şəkildə Ali Məhkəmə tərəfindən icra edilir və yenidən baxılması üçün Südabə
Həsənovanın simsarı Həsənov Allahverənin icraatına verilir.
Hakim kriteriyasına yalnız muti sifariş icraçılığı ilə yarayan Allahverən Həsənov tiranverən ədalətsiz-yaramaz sifarişi icra etməməsi möcüzə sayılardı.
Tiranverən sifarişə uyğun olaraq,Nazim İdealın girovluq müddəti 4 il 6 ay 11 gün uzadılır.
Prezident İlham Əliyevin 4 dəfə "Ədalətli araşdırma aparılsın" göstərişini peysərə atan Qanun qatillərinin ("keşikçiləri") başçıları eyni zamanda Cənab İlham Əliyevi aldatmışlar ki, Nazim İdeal artıq azadlıqdadır.
Prezidenti aldatma karuselində əsas icraçılarından Baş Prokuror Qaralov Zakir prokurorluğun 5 ədəd Mersedesini Nazim İdealın atası El Ağsaqqalı Telman Quliyevin yaşadığı ünvana göndərib görüşmək istədiklərini bildirirlər.
Telman Quliyev görüşə razılıq verir.
Görüş zamanı Qaralov Zakir,Telman Quliyevə bildirir ki,-Oğlunun tez azadlığa çıxmasını istəyirsənsə "ƏFV" ərizəsi yazın!
Telman Quliyev: Oğlum hansı cinayəti törədib və ya ona kim nəyisə sübut edib ki? "Əfv" ərizəsi yazım?
3 ədəd bədənlərini gündəlik satışa çıxaran erməni harsınlarının arxasına arxa olub, Nazimi şərləmisiz!!!
Qaralov Zakir: Oğlun cinayət törədib?!, vəzifəli şəxsləri öz qəzetində tənqid-təhqir edir...
Bu ölkənin dərdi ona qalıb???
Telman Quliyev: Azərbaycanın baş prokuroru yox,baş cinayətkarı sənsən....
KİV-də hər hansı vəzifəli şəxsi tənqid və ya təhqir edənə ARCM-in 182-ci maddəsi çamuru yapışdırılır?
147-148-ci maddə nə üçündür?
Erməni generalları Bizim Torpaqlarımızı işğal edib,Bizim generallarda Qarabağ Qazilərinin, Ləyaqətli Vətəndaşlarının ciblərinə narkotika,silah,reket,can alveçilərini atır,azadlıqlarını işğal etməklə məşğul olurlar...
Budurmu Sizin dövlətçilik məfkurəniz?
Mənim Oğlum Vətənini,Millətini,Dövlətini, Valideyinlərini,Ailəsini sevən, Öz azadlığını Xalqına fəda etmiş,uğrunda hər an Şəhid olmağa müntəzir olan TƏK kişilərdəndir.
Qaralov Zakir: Heyif ki,bu iş Prezidentin nəzarətindədir,yoxsa sənidə həbs edərdik.
Telman Quliyev: İnanıram.İndi görün Azərbaycan nə gündədir ?...
Qaçaq Nəbinin, Həcərin nəvələrinin taleyini namusu əldən getmiş İbiş Məmmədəlioğlunun nəvələri həll edirlər.
Nazim İdealla təkcə fəxr etdiyi Övladı olaraq deyil, mili-siyasi Kimliyinə,Xarakterinə,mükəmməl biliyinə bələd olan Ləyaqət simvolu,humanizm fədaisi Telman Quliyev 5-ci dəfə Prezident İlham Əliyevlə görüşür və ona xəyanət edildiyini,nüfuzunun komandası tərəfindən alçaldığını bildirir və aralarında dialoq yaranır:
Prezident İlham Əliyev: Nazim Quliyev yaxşıdırmı?
Telman Quliyev: Bilmirəm ki,O heç vaxt pis olduğunu demir.
İlham Əliyev: Həbsxanadan sonra,səhəttilə məşğul olsun.
Telman Quliyev: İnşALLAH azadlığa çıxandan sonra hər şey olacaq.
İlham Əliyev:Anlamadım Nazim Quliyev evdə deyil ki?
Telman Quliyev: YOX!
Prezident İlham Əliyev (əsəbləşir): Ailəsinə başçılıq edə bilməyənlər dövlət adından sifarişlə adam tuturlar.Sabah naharda Nazim Sizinlə bir yerdə olacaq,söz verirəm!!!
Prezident dediyi kimi olur.
Nazim İdeal baş verənlərdən azadlığa çıxdıqdan sonra məlumatlı olur.
01.12.2005-ci il tarixdə qaldığı yerdən gündəlik nəşrə başlayan İDEAL ilk saylarından çörəkləri şərdən -böhtandan-korrupsiyadan-rüşvətdən-dövlət əmlaklarını çalmaqdan,din pərdəsi adı altında dinsizliklə məşğul olanların,namusu ilə alver edən dövləti resurslu məmurların,onların haramlarının artığı hesabına sürünən onurğasız subyektlərin "yaşayış"tərzlərini deformasiyaya uğradır.
25.12.2006-cı ildə,yəni 25 gündən sonra 17 nəfər (ABU-nun rektoru Elşad Abdullayev Elşad;
"Yeni Müsavat"ın baş redaktoru Abbasov Rauf; "son söz" qəzetinin baş redaktoru Mehdiyeva Natəvan;
"Loğman"tibb texnikumunun direktoru Abdullayeva Rəmziyyə; Abdullayev Ata; Deputat Qüdrət Həsənquliyev (sonradan iddiasını geri götürdü); "Son Söz" qəzetinin redaktoru Ağgül Məmmədova;.....
ümumilikdə 17 nəfət Xüsusi ittiham qaydasında Xətai rayon Məhkəməsinə Şikayət edirlər.
1-122/2006 saylı iş üzrə Xətai rayon Məhkəməsinin hakimi Nazim İdeal barəsində bəraət hökmü çıxarır.
2007-ci il tarixdə Baş Dövlət Yol
Polisi İdarəsini rəisi general Ramiz Zeynalov və onunla birlikdə 24 nəfər yüksək çinli zabit "xüsusi ittiham" qaydasında Bakı Şəhəri, Nəsimi rayon Məhkəməsinə Şikayət edirlər.
Prosesə sədrlik edən İkram Şirinov, Nazim İdeal barəsində Məhkəmə Zallnda həbs qırarı seçir və
51 gündən sonra, Bakı Apellyasiya Məhkəməsi barəsində Bəraət qərarı seçir.
2008-ci ildə Nazim İdealın həbs olunmasında "zərərçəkmiş-şahid" qismində tanınan şəxslər aşağıdakılardı:
1.Rüstəmxanlı Tənzilə Yolçu qızı;
28.11.1960-cı ildə Ermənistanın Amasiya rayonunda anadan olub.
"Azəri-Türk" qadın cəmiyyəti.
2.Məmmədova Adilə Cahangir qızı.
04.11.1960-cı ildə Ermənistanın Amasiya rayonunda anadan olub.
"Azəri-Türk"qadın cəmiyyətinin sədr müavini.
3.Əmirova Gülnar Hacıbala qızı.
25.03.1988-ci il tarixdə anadan olub.
"Azəri-Türk" qadın cəmiyyəti sədrinin katibəsi.
4.Ağalarova Göyçək Teymur qızı.
01.02.1960-cı il tarixdə Bakıda anadan olub.
"Azəri-Türk" qadın cəmiyyətinin üzvü.
5.Mehdiyeva Natəvan Arif qızı.
09.06.1964-cü il tarixdə Bakı Şəhərində anadan olub.
"Son Söz" qəzetinin baş redaktoru.
6.Hüseynova Elmira Əşrəf qızı.
26.10.1961-ci ildə Ağdamda anadan olub.
ABU-nun müəlliməsi.
7.Mahmudova Səbirə Hümbət qızı.
28.11.1954-cü ildə Tər-tər rayonunda anadan olub.
8.Abdullayeva Havanisə İdris qızı.
24.06.1959-cu ildə Əlibayramlı şəhərində anadan olub.
Sonuncu "Xüsusi İttiham" qaydasında Şikayət Rüstəmxanlı Tənzilə Yolçu qızı tərəfindən Bakı Şəhəri,Nəsimi rayon Məhkəməsinə verilmişdir.
09.12.2016-cı il tarixdə hakim Pənahov Babək Əkbər oğlunun 8 aylıq süründürməçiliyindən sonra, Nazim İdeal ARCM-nin 148-ci maddəsilə 6 ay girovluq müddətinin uzadılmasına sifariş edilmişdir!
Təsəvvür edin ki, MSK Məzahir Pənahovun qardaşı oğlu hesab etmişdir ki, Xüsusi rejimli hıbsxanada,5 m-2-lıq otaqda, hər bir hərəkət və hərəkətsizlik nəzarətlə həyata keçirilən ən ağır rejimli zindanda belə Nazim İdeal istədiyini həyata keçirə bilirmiş....
Əlbətdəki əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki?
Əslində Nazim İdeala sərgilənən "hüquqi" münasibət hökumətin mahiyyəti,Dövlətin simasının göstəricilərindəndir.
İDEAL-ın Susması,Susdurulması üçün hökumət bütün arsenallarından istifadə etməklə nə az,nə çox düz beş dəfə müxtəlif zaman kəsiyində bunada nail ola bilib.
Hələ məhkəmə hücumlarından əlavə, Nəsimi-Xətai-Binəqədi Məhkəmələrinin,Prokurorluq-Polis idarələrinin inzibati binaları qarşısında Özlərini Nszim İdeala zorlatdıran,3 aylıq döl tələf edən rejimin emal etdiyi şərin "qadın"cinsindən olan "ictimai siyasi fəal"-baş redaktor,vəkil,deputatların adlarını çəkib qanınızı qaraltmaq istəmirəm!
Hər halda hər kəs öz keçmişinin girovudur və zat-kökünə miras buraxıb gedə rahat olacağı amil əməllətəri,birdə təkzibolunmaz sənədlərdir.
Bu hər birimizə aid olan məsələdir.
Lakin,Nazim İdeala iftira krujevaları düzənləyən marginal orqanlar,savadsız şəkildə həmdə etiraf ediblər ki,bu ölkədə nə istəsən,hətta prezident olmaq mümkündür.
Lakin,doğru-dürüst-ləyaqətli yaşamağın yolu zindanlardan,zülm,işgəncələrdən keçir.
Unutmayın ALLAH ucaltdığını,heç kəs alçalda bilməz.
ALLAH alçaltdığınıda heç bir qüvvə yüksəldə bilməz!
Var-dövlət-vəzifə uğur göstəricisi deyil.
İnsanın mənəvi ömrü fiziki ömründən qat-qat üstündür!!!
Rüstəm Məmmədli