Erdoğan: Dediyimi edin, etməsəniz...

2-06-2021, 17:30

“İlk dəfə deyirəm. Mahmur məsələsini də azı Qəndil qədər vacib sayırıq. BMT terrorçuları ərazidən təmizləməsə biz təmizləyəcəyik”.

ASmedia.az  xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Qəndil və Mahmur bölgələri terror yuvalarıdır. Ərdoğanın sözlərinə görə, bu yuvalar təmizlənməsə terrorçular daima təhlükə yaradacaq.

“Oranı BMT təmizləyəcək. Təmizləməsə BMT-nin üzvü olaraq biz təmizləyəcəyik” - deyə Ərdoğan bildirib.


İstifadəçi paneli