Göyçay bazarında qəza

23-06-2021, 17:25

Göyçay rayonunda insanların sıx olduğu yerdə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki “Təzə Bazar”da qeydə alınıb.

VAZ-21099 markalı minik avtomobili ilə bazarın içərisində hərəkət edərkən qəflətən idarəetməni itirib və nəticədə oradakı insanlara yüngül xəsarətlər yetirib.


İstifadəçi paneli