Bakı-Qazax yolunda avtomobil qəzası olub

27-06-2021, 10:23

Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb. Belə ki, "VAZ-2107" və "QAZ-3110" markalı avtomobillərin toqquşması nəticəsində 1 qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər - 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


İstifadəçi paneli