ÇILPAQ qadın iki bina arasında başı aşağı ilişib qaldı

17-07-2021, 11:04

ABŞ-ın Kaliforniya ştatının Santa-Ana şəhərində iki bina arasında ilişib qalan çılpaq qadın xilasediciləri təəccübləndirib.

Bu barədə "New York Post" yazır.

Belə ki, qadının 20 santimetrlik araya necə düşdüyü məlum deyil. Onun qışqırıq səslərini binanın damında olan fəhlələr eşidib. Onlar ilk öncə səsin haradan gəldiyini anlamayıblar, lakin sonradan başı aşağı ilişib qalan çılpaq qadını görərək xilasediciləri çağırıblar. Onun həmin vəziyyətdə neçə müddət qaldığı da məlum deyil.

Hadisə yerinə gələn xilasedicilər yalnız qadının belindəki tatuları və ayaqqabılarını görə biliblər. Onlar beton divarda dəlik açaraq qadını "tələ"dən azad ediblər.

Xilasetmə əməliyyatı iki saat davam edib. Daha sonra qadın həkimlərə təhvil verilib.


İstifadəçi paneli