Oxşar xəbərlər
Türkiyənin Bursa şəhərində valideynlər uşağı dondurma satılan butikin qarşısında unudub.
İDEAL Media.az xəbər verir ki, növbə zamanı valideynlər diqqətsiz davranıb və dondurma alandan sonra ərazindənuzaqlaşıb. Dükanın işçiləri yaşı təqribən 3-4 olan uşağın tək olduğunu görüb və ona qayğı göstərməyə başlayıb. Maraqlısı budur ki, valideynlər uşağın itdiyini yarımsaat sonra fərq edərək geri qayıdıblar.
Bu zaman ərzində isə valideynlərin tapılması üçün polisə məlumat verilib, sosial mediada canlı yayımlar edilib. Valideynlərin soyuqqanlı davranışları diqqətdən yayınmayıb.