“Taliban” Əşrəf Qani ilə bağlı qərar qəbul etdi

23-08-2021, 09:11

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstan hökumətinin bütün keçmiş məmurları barədə amnistiya qərarı qəbul edib.

ASmedia.az xəbər verir ki, bu barədə məlumatı Taliban lideri Xalil ur Rahman Haqqani, Pakistan TV-yə verdiyi müsahibəsində bildirib.

"Əşrəf Qani, Əmrullah Saleh və (Prezidentin Təhlükəsizlik Müşaviri) Həmdullah Mohibi bağışlayırıq. Generaldan (bizə qarşı vuruşan) sadə insana qədər hər kəsi bağışlayırıq. Bizim mübarizəmiz yalnız dinə söykənəcək" deyə Haqqani bildirib.

Hakkaninin sözlərinə görə, ölkəyə qayıtmağa qərar verən məmurlar təqib olunmayacaqlar.


İstifadəçi paneli