Kabulov: ABŞ buna görə müharibəni uduzdu

29-08-2021, 10:34

Əfqanıstanla bağlı Qərb analitikləri çox pis işlədi.

ASmedia.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov çıxış edib.

"Bu, maraqlı bir sualdır, əminəm ki, uzun müddət müzakirə olunacaq və təhlil ediləcək. Onlar (amerikalılar - red.) ABŞ-dan kənarda olan dünyanı anlamadıqları üçün bu müharibəni uduzdular. Çox zəif analitiklərə sahib olduqlarını gördüm", - Kabulov vurğulayıb.


İstifadəçi paneli