Oxşar xəbərlər
Kabildə hava limanı yaxınlığına 5 raket atılıb.
ASmedia.az xəbər verir ki, raketlər məhəlləyə düşüb. Tələfat barədə məlumat olmasa da, dağıntılar qeydə alınıb.
Qeyd edək ki, ötən gün də ərazi raket atəşinə tutulmuşdu. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Lakin bəzi mənbələrdə raketlərin İŞİD terrorçuları tərəfindən atıldığı yazılır.