ABSURDLAR ÖLKƏSİ - NAZİM İDEALA HƏR GÜN TÖHMƏT VERİLSİN!!!

7-12-2019, 11:23

PPK-çı, kürd, 500 nəfərlik silahlı birləşmənin komandanı, REKET, terrorist və s. çamurlar 3 (üç) il hər gün analoqu olmayan atasız rejimin alt cibində iyləndiyi şenok brendli “müxalifət” mediasında, Məhşur və Cəsur Qarabağ Qazisi, Vicdan məhbusu, İdeal jurnalist Nazim Quliyev azadlıqdan girov götürüldükdən sonra yayımlandığı hər kəsə məlumdur. Ləyaqətli insanlar sütenyor rejimin fərari generalını söyüb saplasalar da, namus alverçiləri status-kvodan həzz alır, sevinirdilər. Nə isə.. Doğurdan da biz Şərqlə Qərbin elə bir qovşağında yerləşirik ki, torpağı işğal altında olan bir ölkənin 1000-dən artıq absurd generalları var; evinə, elinə, belinə, dilinə xəyanət etmiş bütün sürüşkən paçalar Millətə əxlaq dərsi verir və hökumət adından ödülləndirilir; Xalqa xidmətçiliq fəlsəfəsi soyğunçuluq, quldurluq, reketlik, namus alverçiliyi üzrə de-şifre olunmuş orqanların troluna çevrilmiş və hökumət tərəfindən maliyyələşən maklatura Mediasının ölüvaylığı sayəsində Ermənistanın və Gürcüstanın Mediası Azərbaycanın suverenliyi, təhlükəsizliyi, müstəqilliyi üzərində “AM” şarkısı oynayır; İdeal Media Qrupunun prezidenti Nazim Quliyev sütenyor rejimin “Qalina Yuriyan brendli” ağsaqqalın sifarişilə azadlıqdan girov götürülərkən analoqu olmayan atasız rejimin vələdzına məmur və mediası qurban kəsib, şadyanalıq etmələri heç kəsə sirr deyil. Bu mövzunu təfsilatı ilə təsvir etməkdən ötrü, tarixin yaddaşı zamanında öz sözünü deyəcək. Niyə? Nazim Quliyevi sevməyənlər arasında bir nəfər də olsun, Milli-siyasi kimliyini qoruyan, ləyaqətlisi yoxdur. Niyə? Nazim Quliyevə qarşı böyük və kiçik həbsxanalarda sütenyor rejimin qoşunları hücum edir? Niyə? Bildiyiniz kimi, rejim vətən xaini ittihamı ilə çamurladığı Leyla, Arif Yunusları, Rauf Mirqədirovu, 10 nəfərin ölümündə təqsirkar bildiyi general Zakir Nəsirovu, polkovnik Kamil Sədrəddinovu və s. girovluqdan azad etsə də, Vicdan məhbusu, Qarabağ Qazisi, İdeal jurnalist Nazim Quliyevin cəzasının sonuna 01 il qalsa da, azad etməyə cəsarəti çatmır, qorxur, sözsüz ki, səbəbi də bəllidir. Çünki, kəfəni boynunda, qürurla sözünü məkanından, repressiyalardan asılı olmayaraq hər kəsin, cənab heç kimlərin sifətinə deyən və mübarizələrdən yorulmayan Nazim Quliyev sözsüz ki, namus və bədən alverçiləri tərəfindən sevilməz! 2018- ci il 25 sentyabrda Nazim Quliyev heç bir əsas olmadan ƏNPX-in 11 saylı bazarından, 15 saylı talkuçkasına fors-major yatab olundu. Səbəbi məlum idi. 11 saylı bazarda hüquqları alver predmetinə çevrilmiş 1250 nəfər məhkum bütün problemlərinin həlli üçün Nazim Quliyevə müraciət edir, bazarın paqonlu al-verçiləri mundirlərindəki haqq-ədalət tərəzisinin mahiyyətini saxta bazar tərəzisilə səhv salmış, başları mədələşmiş penitensiar xidmətçilər əlavə yem payından məhrum olur, donquldanırdılar. 15 saylı talkuçkanın “rəhbərləri” Nazim Quliyevi zona buraxa bilməyəcəklərini əvvəlcədən bəyan edirlər. Səbəbi olaraq Nazim Quliyevin haqqın və haqlının sözcüsü olması, zalımın zalımı, zavallının arxası-dayağı tendensiyasıdır. Ona görə də, talkuçka rəhbərləri 01 oktyabr 2018-ci il tarixdən 07 yanvar 2019-cu il tarixədək karsda saxlayıb hər gün töhmət yazıblar. Penitensiar təqdimatlarında iddia edirlər ki, 1. Nazim Quliyev onunla qonşu kamerada (KTO-5) saxlanılan diversantlar Arsen Baqdasaryan və Edqar Sarkisyanın şərəf və ləyaqətini hər gün təhqir edib, torpaq, millət problemlərindən bəhs edirmiş; 2. Karserdəki məhkumlara öz hüquqlarını izah edib, onları öz tərəfinə çəkirmiş; 3. Əməkdaşlar kameraya daxil olanda ayağa qalxmayıb, onları sorğu-sual edib, qanmaz, zırrama, quldur ifadələrilə təhqir edib... və s. Zombilərin təqdimatına hüquqi qiymət verməli olan Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu 4 dəfə gəlib getdikdən sonra, Nazim Quliyevə 06 aylıq həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul edir. Doğrusu mən də Nazim Quliyevi şiddətli qınayıram və penitensiarçıları jim vura-vura dəstəkləyirəm. Axı onun nəyinə lazımdır ki, erməni diversantların xətrinə dəyir, məhkumlara arxa-dayaq olur, qürurlu haqqın və haqlının sözcüsü olur. Eşitmək istəmir ki, palaza bürünüb naxırla sürünmək lazımdır ki, erməni seks-simvolu Kim Kardaşyan işğal altındakı torpaqlarda, Həkəri çayı sahilində balıq zavodu istifadəyə verib, erməni brendi altında Avropaya, ABŞ-a transfer etsin! Ermənilər 31 mart 1918-ci il soyqırımı törətdikdən sonra nə oldu ki, 1992-ci il 26 fevral Xocalı soyqırımında da nə isə olsun.
    Cənubi Qafqazın analoqu olmayan atasız ölkəsi olaraq, yaşamağın tək yolu - ya könüllü işverən olmalısan, ya yaltaq, yalaq, ya qaniçən rüşvətxor, yada ki, mütrif. Başqa yol yok artıq. Bütün bünları dərk edən Nazim Quliyev hələ də passioner patriotluğundan, xarakterindən dönmürsə, mən də təklif edirəm ki, Nazim Quliyevə hər gün töhmət verilsin ki, bəlkə Xalqımız azadlığa çıxdı...!    Əldə etdiyimiz məlumata görə, Nazim Quliyevin 6492 saylı şəxsi işi 24 tomdur və DTX-in arxivindən daha zəngin və dolğundur.                                                                            HİKMƏT


İstifadəçi paneli