ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib.
ASmedia.az xəbər verir ki, bu barədə Katu.com yazır.
Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb.
Körpünün eni – 24 fut (7,3 metr), uzunluğu isə 200 fut (70 metr) təşkil edir.
Qeyd olunur ki, körpü yalnız piyadalar üçün nəzərdə tutulub və nəqliyyat vasitələrinin onun üzərindən keçməsi qadağandır.
Məlumat üçün bildirək ki, "Simpsonlar" ailəsinin mehriban qonşusu olan Ned Flanders məşhur cizgi filminin ikinci dərəcəli personajıdır.
Portland şəhər rəhbərliyindən bildirilib ki, həmin personaj mehriban qonşuluğun simvolu olduğu üçün onlar da şəhərlərində insanlar arasında mehribançılığı yaymaq istəyirlər.