Dans: Buz savaşında Rusiyaya məğlub oluruq

2-10-2021, 10:31

ABŞ Arktikada resursların inkişaf etdirilməsində Rusiyadan xeyli geri qalıb.

ASmedia.az xəbər verir ki, bu barədə Arktik Araşdırma Komissiyasının keçmiş üzvü Tomas Dansın nüfuzlu "Hill" nəşrində yayılan məqaləsində bildirilib.

O qeyd edib ki, Soyuq müharibəni qazansalar da, "Buz savaşı"nda məğlub olurlar:
"ABŞ-dan fərqli olaraq, Rusiya Arktika bölgəsində fəaliyyətini yüksək templə davam etdirib. Bu fəaliyyət isə gələcəkdə Moskvaya böyük gəlirlər verəcək".

Arktikada Ağ Evin infrastrukturu üçün maliyyələşdirilməni qeyri-kafi hesab edən Dans Rusiya donanmasının üstünlüyünə diqqət çəkib və Rusiyanın daha çox nüvə buzqıranlarına sahib olduğunu vurğulayıb.


İstifadəçi paneli