Baş Prokurorluq 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırmaya

20-10-2021, 11:55

Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. M.Qasımlı və İ.Qasımzadə vəfat edib.

"Faktla bağlı araşdırma aparılır" Mətbuat Xidmətindən bildirilib.


İstifadəçi paneli