Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə təyin etdi

24-10-2021, 11:46

Daxili işlər orqanlarında növbəti kadr təyinatı baş tutub.

Bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Rəşad Rəcəbov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə R.Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.


İstifadəçi paneli