Oxşar xəbərlər
ABŞ Malidə Rusiya muzdlularının yerləşdirilməsi ehtimalından ciddi şəkildə narahatdır.
ASmedia.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Linda Tomas-Qrinfild deyib.
“Onların mövcudluğu regionda sülh və təhlükəsizliyə zərbə ola bilər. Rusiya muzdlularının regiondakı istənilən fəaliyyəti təhlükəsizliklə bağlı situasiyanı pisləşdirir”, – diplomat bildirib.