Nizami Gəncəvinin əsərlərində elə təsvirlər var ki, o, sanki sözlərlə rəsm tablosu yaradıb.
ASmedia.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət naziri Məhməd Nuri Ərsoy “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Beynəlxalq Forumda deyib.
“Nizami Gəncəvi kimdir” sualının cavabı çox genişdir. O, özünəməxsus əsrlər yaratmaqla yanaşı, coğrafiya, tibb, astronomiya və digər elmlərə də hakim idi. Gəncəvi 7 dil bilməklə yanaşı musiqini də ruhunda birləşdirən dərviş ruhlu şair olub. Kamil insan portretini Nizami Gənvəvi əsərlərində görmək olar. İnsanların bir-birinə hörməti, sevgisi, bəşəri dəyərləri onun əsərlərində geniş tərənnüm olunub. Türk milləti bu böyük şairinə qürurla sahib çıxmağa və gələcək nəsillərə ötürməyə davam edəcək. Biz bir olub min illik mirasımızı qoruyacağıq”, - deyə Ərsoy qeyd edib