Oxşar xəbərlər
Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.