Alman jurnalist: “Rusiya Avropanın sabitliyi və təhlükəsizliyi altına “mina” qoyub”

3-12-2021, 13:26

Almaniyalı jurnalist Nikolas Busse bildirib ki, “Şimal axını-2” qaz kəməri Almaniya üçün strateji səhvdir, Rusiya Avropanın sabitliyi və təhlükəsizliyi altına “mina” qoyub.
 
Bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşrindəki köşə yazısında bildirib.
 
Onun fikrincə, boru kəməri heç vaxt “siyasətdən kənar layihə” olmayıb. Busse yazır: “Amerikalı senatorları və Almaniyanın digər müttəfiqlərini AFR-in Avropanın sabitliyi və təhlükəsizliyi altına daim “mina” qoyan ölkə ilə əməkdaşlıqdan qazanc əldə etməsi heç də sevindirmir”.
 
Dekabrın əvvəlində ABŞ Konqresi Senatının demokratları ölkənin cari maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə “Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılmasında iştiraka görə əməliyyatların tətbiqi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş düzəlişlər paketinə yenidən baxmağa razılıq verdilər.
 
Xatırladaq ki, noyabrın 16-da Almaniya “Şimal axınl-2” qaz kəmərinin sertifikatlaşdırılmasını dayandır. Almaniya hökuməti mənbələrindən qeyd ediblər kisertifikatlaşdırma ilə bağlı qaz borusunun işə salınması 2022-ci ilin mart ayına qədər uzana bilərQaz kəmərinin inşası sentyabrın 10-da başa çatıb. “Qazpromun rəhbəri Aleksey Millerin sözlərinə görə, sentyabrın 6-da “Şimal axını-2”-nin inşasınn operatoru Baltik dənizində sonuncu borunun qaynaqlandığı barədə məlumat vermişdi.
 


İstifadəçi paneli