Qaxda avtomobil kanala aşdı

6-12-2021, 18:42

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Qaxdan Şəki istiqamətində hərəkətdə olan “Toyota” və VAZ-21074 markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Toyota” yoldan çıxaraq kanala aşıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli