Oxşar xəbərlər
Bu gün səhər saatlarında metronun "28 May” stansiyasında vəfat edən şəxsin kimliyi məlum olub.
ASmedia.az xəbər verir ki, vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının 72 yaşlı baş müəllimi Əhməd Babayev olub.
Bu barədə "Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib:
"Hadisə səhər saat 8:10-da baş verib. Yaşlı kişi qatarda özünü pis hiss edib, "28 may" stansiyasında platformaya düşərkən artıq özündə olmayıb.
Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”, - deyə B. Məmmədov bildirib.