Azərbaycanda iki yük avtomobili toqquşdu

11-12-2021, 11:57

Hacıqabulda ağır yol qəzası olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayon ərazisində “KamAZ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “KamAZ”dan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


İstifadəçi paneli