Beyləqan rayon sakini Əliyeva Sevinc Qədir qızı (ad şərtidir) redaksiyamıza müraciət edərək evdən zorla çıxarıldığını, ölümlə təhdid edildiyini, həyatını real təhlükə qarşısında olduğunu və bununla bağlı Prezidentə və digər orqanlara müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülməməsini yazılı şəkildə ifadə etmişdir.
Sevinc Əliyevanın şikayətinə uyğun olaraq özünü Milli Məclisin məsul əməkdaşı kimi təqdim etmiş, Rövşən İsmayılovla telefon əlaqəsi saxladıq.
Rövşən İsmayılov ona telefon etməyimizin səbəbini bilən kimi keçmiş həyat yoldaşı Sevinc Əliyevanı və jurnalisti təhqir etməyə başlamışdı.
Görünür, Qanunverici Orqanın əməkdaşı Rövşən İsmayılov üçün qanun yazılmayıb, yazılıbsa oxumayıb, oxuyubsa başa düşməyib.
Mövzu diqqətimizdədir.
Araşdırmamız davam edir.
Lalə Əlizadə