İcrasız və sahibsiz Azərbaycan qanunları!

15-12-2021, 13:31

Həyat yoldaşına və iki azyaşlı qız uşaqlarına basqın edən, dəfələrlə şiddətə məruz qalan və dediyinə görə  Milli Məclisin məsul əməkdaşı olan Rövşən İsmayılov ötən gün hüquq-mühafizə orqanları tərəfindən Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs edilmiş və inzibati qaydada 500 (beş) yüz manat cərimə cəzası tətbiq edilərək buraxılmışdır.

Lakin, Rövşən İsmayılovun keçmiş həyat yoldaşı zərərçəkmiş, şikayətçi vətəndaş Sevinc Əliyeva Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə və digər hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərdə onu qeyd edir ki, Rövşən İsmayılov 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına kimi və 2021-ci ilin noyabr-dekabr ayları üçün aliment borcunu ödəmir.

Azərbaycan Respublikası Konstitutusiyasının 129-cu maddəsinə əsasən Məhkəmələrin çıxardığı qərarlar Azərbaycan Respublikası adından çıxarılır, qərarın icrası məcburidir.

Zərərçəkmiş şikayətçi vətəndaş Sevinc Əliyevanın hüquqları pozulmaqda davam edir.

 Lalə Əlizadə


İstifadəçi paneli