Türkiyə komandanlığı Fransaya ötürür

29-12-2021, 15:29

Türkiyə NATO daxilində ən yüksək hazırlıqlı hərbi qüvvə olan Yüksək hazırlıqlı birləşmiş operativ qrupunun (VJTF) komandanlığını 1 yanvar 2022-ci il tarixində Fransaya təhvil verəcək.

ASmedia.az xəbər verir ki, bu barədə NATO açıqlama yayıb.

Məlumata görə, komandanlığı Türkiyədən alacaq Fransa bir il müddətində NATO VJTF-in komandanlığını icra edəcək.

VJTF-nin əsas elementi 2022-ci ildə 3500 əsgərdən ibarət fransız-alman briqadası olacaq. İspaniya, Portuqaliya və Polşa da işçi qrupunu təmin edəcək.

Qeyd edək ki, Fransa 2023-cü il yanvarın 1-də komandanlığı Almaniyaya təhvil verəcək.


İstifadəçi paneli