Oxşar xəbərlər
İŞİD terror təşkilatı və Milli Müqavimət Cəbhəsi Əfqanıstan üçün heç bir təhlükə törətmir.
ASmedia.az xəbər verir ki, bunu Taliban hərəkatının rəsmisi Zəbiullah Mücahid deyib.
“İŞİD və Milli Müqavimət Cəbhəsi yalnız ölkə mətbuatında kağız üzərində mövcuddur, fiziki olaraq onlar ölkədə yoxdur”, - Mücahid bildirib.
Onun sözlərinə görə, İŞİD döyüşçüləri və Əhməd Məsudun başçılıq etdiyi Milli Müqavimət Cəbhəsi əfqan xalqı tərəfindən rədd edilib.