Oxşar xəbərlər
Bayram axşamı Zaqatalada 36 yaşlı kişi yaşadığı evi yandırıb. Hadisə dekabrın 31-i saat 23 radələrində rayonun Mosul kəndində baş verib.
Kənd sakini Tərlan Roşan oğlu Gülmmədova məxsus ümumi sahəsi 81 kv/ m olan, kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.