Oxşar xəbərlər
Bolqarıstanın paytaxtı Sofiya şəhərində bayram tədbirləri zamanı üzərində qumbara olan şəxs saxlanılıb.
Hadisə dekabrın 31-i gecə saatlarında baş verib.
Koronavirus tədbirlərinin əleyhdarı olan şəxs ətrafda toplaşan insanları da maska taxmaqdan, vaksinasiyadan imtina etməyə çağırıb. Əraziyə çağırılan polisin müdaxiləsi ilə sözügedən şəxs saxlanılıb. Axtarış zamanı onun üzərindən qumbara tapılıb.
Hüquq-mühafizə orqanları əməkdaşları daha sonra onunla birlikdə Sofiyaya gələn qadını da saxlayıb. Onların avtomobilində axtarış zamanı iki tapança tapılıb.
Mənbə: Gazeta.ru