Putler Ukrayna Xalqını,körpələri,dinc əhalini,bütövlükdə İnsanlığı məhv etmək uğrunda hər şeyini hərraca çıxardığı kimi, Ölkəmizin "hüquq siyasətinin" yöntəminə məsul edilmiş bir çox başları mədələşmiş, rüşvət-korrupsiya-aşiq-məşuq-regionçuluq-nepotizm-amoralizm prinsipləri üzrə vəzifə kuliarlarına soxuşdurulmuşlar da İnsanlığa, İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının təməl prinsiplərini belə deformasiyaya uğratmaqdan,alqı-satqı predmetinə çevirməkdən usanmırlar !
Əvvəllər Azərbaycan Respublikası adından qəbul edilən bütün vacib hökm və qətnamələr PA-ın baş administratoru Ramiz Qalinayanlının direktivləri üzrə yerinə yetirilirdi.
Onun yerini hazırda hansı köstəbək tutursa, hələlik bilmirəm...
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsini məzhəkəyə,Ədalətin bərqərar olunacağı ünvanı xəyanət yuvasına çevirmək uğrunda paranomik performanslar göstərməkdən həzz alan Musayeva Cəmilə Ceyhun qızı adlı "hakim"lə sövq-təbii üz-üzə gəlirəm və bu 17.03.2022-ci yıl, saat 15:00-dan 16:30-dək davam etdi.
Mübahisə predmeti mülkiyyətlə bağlıdır. Fatmeyi kəndi ərazisində yolkənarı 8 Sot toprağı cavabdeh 85.000 ABŞ dollarına satsada notariatda 15.000?! manata alındığı qeyd edilib.
Mütəxəssislər həmin toprağı 96.000 manata qiymətləndirib.
Cavabdeh,vəkili qalıb bir kənarda Cəmilə özünü söküb-yığır ki, notariusda təsdiq edilən sənəd əsasdır.
Vəsatət verdim ki,tərəfimdən təqdim edilmiş qiymətləndirmənin, "Fame-Pro" MMC-in "rəy"i sizi qane etmirsə, yenidən ekspertiza təyin edilsin.
Kalidorda müşavirə edib qayıdan Cəmilə vəsatəti rədd edir.
Diqqətinə çatdırıram ki, bura məhkəmədir.Siz qanuna tabesiz.Guya ki, hüquqi dövlətik,"Məhkəmələr və Hakimlər Haqqında" Azərbaycan Respublikası qanunun 3-4-7-8-ci, Konstitusiyanın 7-12-13-24-25-26-29-31-43-71-125-127-ci maddələrini açıb oxuyun....
Cavabında notariusun sənədi bəsimdir!?
Bir daha təklif edirəm ki,məhkəmələr asan xidmətə verilsin! Vətəndaş pulunu verib haqqını alsın.Göz görəsi Ana Qanun hesab etdikləri Konstitusiyadan Ata Abdullayevin anası Şeyla kimi istifadə edilir.
Hansı ki,başqa bir məhkəmə prosesi zamanında "notariusların fəaliyyəti göz qarşısındadır" deyə ironiyasını sərgiləmişdir Cəmilə...
Cəmilənin daxili inamı,qadınlıq hissi yoxdursa,heç olmasa evindəkilərdən, qonşularından soruşsun ki, Fatmeyidə magistral yolun kənarında 8 Sot toprağın bir sotunun qiyməti neçəyə ola bilər???
İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarından pul yığan korrupsionerlərin diqqətinə:
Hüquqları kağız üzərində əks etdirmək və hətta Konstitusiya yazmaq kifayət deyil-bu hüquqları real həyatda əməli surətdə tətbiq edilməli və sosial statusundan, dövlət resurslarından asılı olmayaraq hər bir vətəndaş üçün mümkün olmalıdır.
Əks halda si-yasi sistem,mövcud ölkənin rəsmilərinin bu barədə nə deməsindən asılı olmayaraq hüquqi-dövlət sayıla bilməz, bu halda demokratik atributlar da mövcud rejimin qeyri-demokratik mahiyyətini gizlədən pərdəyə çevrilir.