Oxşar xəbərlər
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bugünədək 191 uşaq ölüb.
Asmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirlib ki, 349-dan çox uşaq yaralanıb.
Aprelin 13-ü səhər saatlarına olan məlumata əsasan, Rusiyanın hərbi əməliyyatları nəticəsində 540 uşaq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Uşaqlar daha çox Donetsk (113 uşaq), Kiyev (102), Xarkov (79), Çerniqov (79), Nikolayev (40), Xerson (38), Luqansk (36), Zaporojye (23) vilayətlərində, Kiyev (23), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.