Oxşar xəbərlər
Amerikalı aktrisa, model Meqan Foksla nişanlısı reper Kolson Beyker arasında mübahisə yaşandığı iddia olunub.
Asmedia.az xəbər verir ki, Nyu-Yorkda konsertdən sonra baş tutan şənlikdə şampan stəkanını üzünə vuraraq sındırıb. Onun texniki işçilərdən birini yumruqladığı, daha sonra gitara sındırdığı bildirilib.
Hadisə şahidlərinin sözlərinə görə, Kolson "O, mənə əhəmiyyət vermir" deyə qışqırıb. Reperin kimi nəzərdə tutduğu bilinməsə də, həmin şəxsin Meqan olduğu düşünülür.
Bundan başqa ifaçı sosial media hesabında qanlı üzünü paylaşaraq "NYC sən mənim qanlı sevgilimsən" sözlərini yazıb.