Oxşar xəbərlər
Noyabrın 8-də xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü qeyd olunur. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.