Azərbaycanın xarici siyasət arealını genişləndirməsi fonunda yeni səfirliklərin açılması məsələ gündəmə gətirilib. Növbəti mərhələdə təkcə İsraildə deyil, digər ölkələrdə də Azərbaycan səfirliklərin açılmasının dövrün tələbi olduğu bildirilir. İrəli sürülən təkliflərdə yaxın zamanlarda bu istiqamətdə işlərə başlamağın zəruriliyi önə çəkilir.
Bəs, hansı ölkələrdə Azərbaycan səfirliklərinin açılmasına ehtiyac var?
Bu sualla bağlı Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Azərbaycan vaxtilə bağlanmış səfirlikləri bərpa etsə, yaxşı olar:
“Məsələn, Azərbaycanın Avstraliyadakı səfirliyi bağlanılıb. Orada bu gün erməni diasporu çox güclü və fəaldır. Həmin diaspor nümayəndələri Azərbaycan barədə yalan məlumatlar, böhtanlar irəli sürürlər. Ümumiyyətlə, Azərbaycan erməni diasporunun güclü olduğu ölkələrdə səfirliklərini bərpa etməlidir. Əgər səfirlik heç olmayıbsa, yenisi açılmalıdır”.