Məhkum Əhədov Əli Xaliq oğlunun Müstəqil Media quruluşlarına verdiyi məlumata görə, hazırda o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində əzab çəkir. Və ondan əməliyyat olunmağı üçün, həmçinin qalmaqdan ötrü tələb olunan rüşvəti ödəyə bilmədiyini bildirir.
Əslən Lerik rayonundan olan Əli Əhədovun iddialarına görə müalicə müəssisəsinin rəisi Mayıl Məmmədov bu məkənda yalnız imkanlı şəxsləri saxlamaq barədə qərar qəbul edib. Telefona ,kafeyə, dükana, restorana gündə ən azı 100 manat xeyir verməyəni məcburi şəkildə xəstəliyindən asılı olmayaraq yatab etdirir. Ən ağır xəstələr belə tələb olunan rüşvəti ödəyə bilmədikdə öldürülür.
Əli Əhədovun ünvanladığı müraciətdə xüsusilə o da vurğulanır ki, burada cəza çəkən məhkum qadınların bədənləri də rəis heyəti tərəfindən satışa çıxarılır.
Elxan İsgəndərov adlı müavin Mayıl Məmmədov bazarının icraçı direktorlarından biridir. Dərman pereparatları yoxdur və bütün tibbi ləvazimatlar məhkumun şəxsi vəsaiti hesabına həll edilir.
Əli Əhədov əməliyyat üçün ondan alınmış 2500 manat pulun geri qaytarılmasını tələb edir. Bununla bağlı Müstəqil Media quruluşlarından kömək etmələrini xahiş edir.
Səbuhi Qafarov