Bir neçə həftədir Çindən Rusiya ərazisinə iri yük təyyarəsi sayılan “Ruslan”la hərbi təyinatlı uçuşlar edir. Bu, artıq NATO üçün bir siqnaldır.
Bu fikirləri tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
“Özü də “Ruslan”ın biri eniş edir, o biri qalxır. Bu proses artıq bir neçə həftədir davam edir. Yükün hansı hərbi mallardan ibarət olması barədə məlumat gizli saxlanılır. Bu kütləvi daşınma NATO ölkələrində narahatlıq doğurur – görəsən Rusiya Çindən gələn hərbi yükləri daha sərfəli olan dəmir yolları ilə niyə gətizdirmir? Bu sual bu dəqiqə NATO-nu maraqlandıran başlıca məsələdir. Moskvanın daha sürətli hava nəqliyatını seçməsinə səbəb Rusiya ordusunun tezliklə Ukraynada genişmiqyaslı hücuma keçəcəyinə dair bir işarədir”, - deyə ekspert qeyd edib.