Yaltaq-yalaqların “böyük şəxsiyyət” kimi tanıdığı, zəmanəsinin ən iri tayfabazı, sülaləsindəki debilləri qiyabi ali məktəblərə soxuşdurmaqla Qubadlı rayonunda layiq olmadığı vəzifəyə təyinat aldırmış Hüseynov Kamran Əsəd oğlundan söhbət açmaq istəyirəm.
Onun doğulduğu kəndin adı Çərəlidir. Həmin kənd Kamran Hüseynovun sayəsində 4 məhəllədən (Qorçubəyli, Bəylik, Səfərbəylilər, Sofulu), 2 qəbiristanlıqdan( sofulu, qırçıbəyli) ibarət olmuşdur.
Kamran Hüseynov Qorçubəyli tayfasının nümayəndəsi hesab olunurdu. Bir çoxları kütlə şüruna sırımaq istəyir ki, bu tayfa heçdemə bəymiş, ancaq reallıq tamam başqadır. Reallıq bundan ibarətdir ki, bunlar bəy deyil qorçu olublar yəni ki, qor təmizləyən, kanalizasiya təmizləyən, turba təmizləyən və s. Qısası Kamran Hüseynovun təmsil etdiyi məhəllənin bəyliklə, xanlıqla heç bir əlaqəsi yoxdur. Əgər doğurdanda o tayfada belə bir bəy mövcud olsaydı, onlardan biri tanınmış şəxs ola bilərdi. Bu gün Kamran Hüseynovdan miras qalan oğlu- alkaşlıqdan Moskvada dünyasını dəyişmiş Eldar Hüseynov və “ yekəbaş” ləqəbi ilə tanınan qızı sabiq Ailə-Qadın Problemləri Komitəsinin sədri, hazırda DUPTATXANANIN nümayəndəsi Hicran Hüseynovadan başqa, ortada olan bir kimsə yoxdur.
Bir məqamı xüsusi ilə vurğulamaq istəyirəm ki, 1993-cü ildə, yəni Qubadlıda müharibə getdiyi dönəmdə Kamran Hüseynov öz doğulduğu kəndə təşrif buyurmaq istəyərkən kəndin girinşində kənd camaatı tərəfindən söyülərək qovulmuşdur.
Kamran Hüseynov bir qarın çörəyə çobanlıq etdiyi kəndində böyüyüb boya-başa çatdığı zirzəmisini belə təmir etdirməyi lüzum bilməmişdir. Onun yaşadığı həmin zirzəmi sonradan qohumları tərəfindən tövlə kimi istifadə edilirdi.
Bu gün ölkəmizdə yaltaqlıq, yalaqlıq, soysuzluq elə bir templə inkişaf etdirilməkdədir ki, vəzifəyə soxuşdurulmuş məmurlar ən səviyyəsiz atasını belə alim, akademik kimi təqdim edə bilirlər. Necə ki, Qubadlının icra başçısı Malik İsaqov dövlət vəsaiti hesabına “KUPİR” ləqəbli atası Xızır barədə silsilə kitablar nəşr etdirməkdədir.
Naxırçı Kamranı görməyənlər hər halda onun qızı Hicran Hüseynovanı görürlər. Unutmayın ki, genetik kod heç vaxt dəyişilmir.
Odur ki, bu Millətin yaddaşına qır-çını qorçu bəy, yaltağı mütəfəkkir, əqidəsizi ictimai-siyasi xadim kimi təqdim etmək vərdişlərinə son verilməli və hər kəs öz adıyla çağrılmalıdır...