ADR-ı səmadan seyr etmək necə həzz yaşatdığını sözlə ifadə etmək mümkün deyil.Sayrışan işıqların qlamur vektoru polisləri belə elə göstərirdi ki,san ki,Mixaylo şəhərdədir.Uzaq sahillərdə dizisi uşaqlıq xatirələrimdə ünlü yer tutur.
Nə isə....
Qorki Vilayəti, Dzerjinski Rayonu, Mulino qəsəbəsindən Məndən başqa əslən Qazaxıstanlı Saratov, Seydaliyev, Ukraynalı Malyarçuk, Şpilçuk, Rusiyadan İvanov, Moldoviyadan Qorbı və s. göndərilmişdik. Əvvəlcə bizi “otdıxayuşı komnat”a gətirdilər.Maraqla səliqəli düzənlənmiş yataq yerlərini,qara dərili əsgərləri,serjantları, zabitləri izləyə-izləyə mükəmmələrin Azərbaycanlı olduğunu xəyal edirdim.
Onlarda bizi izləyirdi və bu arada artıq Şamaxılı İsmət, Kəlbəcərli İlqar, Saatlıdan olan Maariflə tanış ola bilmişdim...
Nəhayət ki, 3-cü divizionun 9-cu batareyasının “zampoliti” əslən Moldaviyalı Bezimyanov Məni kombatın kabinetinə dəvət etdi.Məlum oldu ki, Mən 9-cu batereyanın 1-ci vzvodunun 2-ci otdeleniyasında bölmə komandiri kimi xidmət etməliyəm. Həmin vzvodun komandiri əslən Martunidən olan Xanaqyandır. Görünəni bu idi ki, o, fiziki hazırlıqlı idmançıdır.
Səhəri gün saat 6:00-da “trivoqa” verildi. Təxmini 20 km məsafəni “veş-meşok”, silah sursatla qaçmalı idik. Nəzərdə tutulmuş məkan topların və kamazların yerləşdiyi bokslar idi. Xanaqyanın atmosferilə nəfəs alanlar uzun yolda tənginəfəs olmalarından deyil, Mənim və bölməmin onları arxada qoyub hədəfə daha tez çatmamız idi.Bizdən təxmini 20 dəqiqə sonra Xanaqyan və ona təzim edən vzvodu gəlib yetişdi. O,gözləri və barmaqları ilə hamını hədələyirdi. Doğrusu onunla eyni qulluq çəkən Azərbaycanlılarda çox qorxaq görsənirdilər. Briqadada 85 Azərbaycanlı, 12 erməni var idi. Bütün kaptiyorkalar, stolovada xlebarist, maslarist, povorlar Azərbaycanlı olsada 12 ədəd erməninin hamısı vzvod komandirinin müavini, starşina vəzifəsini daşıyırdılar. Münaqişə Qarabağda yenicə alovlanırdı. Erməni starşinalar çoxsaylı Azərbaycanlıları ustavla minib çapır, söyür, polları sildirirdi.Əslən Gədəbəyin Arıqıran kəndindən olan Bağırov Xaləddin Əsgər oğlu, Zaqatalanın Yuxarı Tala kəndindən olan Uluxanov, Qəbələdən olan Həmid Həmidov Xanaqyanın bölməsində təmsil olunurdu.
Həftənin 1-ci günü profilaktik gün adı altında təmizlik aparılarkən, Xanaqyan bizimkilərə master-klass göstərirdi. Mənim bölümümdə navodçik Saakyanı nə qədər şusturit etdirsəmdə qane etmirdi. Divizion komandirinin yanına gəlib karaula naryada yazılmağımı xahiş etdim. Güldü ki, 2 gündür ki, gəlmisiz və Sizinkilər heç vaxt karaulu sevməyib, daha çox stolovoy istəyiblər.Razılaşdı, ancaq naçalnik karaul deyil, pomoşnik naçalnik karaul göndərəcəyinə vəd verdi...
Qlobal raket bazası mühafizə edilirdı və hər postda 2 nəfər postovoy dururdu.Erməni Saakyanla gürcü Şvelidze eyni postun gözətçiləri idi və hər ikisi öz çağırışçıları içərisində nüfuzlu idi. Almaniyanın təbiəti, relyefi çox gözəldir. Hava isti olduğundan Saakyanla Şvelidze məsti xumar olub akopun içərisində yatmışdılar. Saakyan avtomatı kürəyində saxlayıb kəmərini qucaqlayıb yatsada,Şvelidze avtomatla qucaqlaşıb yatmışdı.Yatmışlar oyanmasın deyin Saakyanın avtomatını ştıknojla kəsib götürdüm. 2 saatdan bir növbə dəyişilirdi. Karaul hazır vəziyyətdə düzənlənməsi komandası verildi.Saakyana görə 20 dəqiqə bütün smenləri incitdim.Ardınca Saakyanı istirahət otağına salıb tapdaladım avtomata görə...
Karaul yeni smenlə əvəzləndikdən sonra briqadaya yön aldıq və gəlib qərargaha çatdıq.Saakyan tez-tələsik yerlilərinin yanına qaçıb ümumi vəziyyəti dedikdən sonra əvvəlcə 8-ci batereyanın starşinası Vaskanyan, ardınca Xanaqyan yaxınlaşıb Qafqazlıyıq,Qarabağlıyıq.... kimi simulisiv söhbətlət etməyə başladılar.Saakyandan götürdüyüm avtomatı yerinə qoyub orujeykanı bağlamışdım. Lakin ermənilər avtomatın kim tərəfindən götürüldüyünü bilməsələrdə, Məndən xahiş edirdilər ki,kombata arayış verim ki, silah o dincələrkən yoxa çıxıb!?
Artıq 2 divizionun ştab rəisi kapitan Suliyanda gəlmişdi...İnsafən bizimkilər yaxına gələ bilməsələrdə kənardan baxmağa cəsarətləri çatırdı...
Ermənilərlə şərt kəsdim ki, görsəm-bilsəm ki, 1 nəfər Azərbaycanlıya qarşı adicə bir hörmətsizlik etmisiz vəziyyət dəyişiləcək. Razılaşdıq!
Mənə qədər Goranboydan Vasif adlı bir nəfər Millət Başçısına dedim ki, hamını yığ söhbət edək. Bildirdim ki,heç bir kaptiyorşik erməninin paradnı formasına gözətçilik etməsin, stroyda qabaqda durmasın, stalovaya naryada getməsin, fürsətdən istifadə edib qaubiçanın sirlərini öyrənin...və.s....
Artıq status-kvo yaxşılığa doğru dəyişilirdi...
Çox keçmədi ki, Bakılı kaptyorşik Səbuhinin gözləri göyərmiş ğözə dəydi...
Soruşduqda bildirdi ki, Xanaqyan vurub.
Niyə?
Dediki xebemi ütülə, etmədim.
Əvvəl etmişdin?
Bəli.
Bax belədir həyat, özünü ki, buraxdın müştərilərin səndən tələb edəcək...
Səbuhi vurulduqdan sonra erməni icması yenidən toplanmışdı.Ağsaqqalları yenidən yaxınlaşdı və erməni budaq cümləsi quraşdırdı.Dedim ki, elə bu axşam cavabını artıqlaması ilə alassız...
Doğrusu təkcə Mən qaldığım korpusda 20-yə yaxın ermeni buraxılı, kruçoku açıq Azərbaycanlı olsada ən yaxşı halda 1-ə inanmağım gəlirdi.
Xanaqyanı ram etməksə nə cidoluq, nə yumruq-təpiklik iş deyil.Oğraş danzaver kartoşkasına oxşayırdı. Baldırları sapoqun dərisilə güləşirdi. Musqulları ramiz mehdiyevin başı boyda idi.
Adboy oldu və hər kəs yatağına uzanmışdı. Dejurnı çast bir neçə dəfə yatdığım çarpayıya yaxınlaşıb hal-əhval tutdu. Bilirdim ki ,ermənilər kurs qoyub...
Gecə saat 2:15-də Xanaqyanı oyadıb suşilkaya apardım. Qəzəb vektoru Xanaqyanın başını betona çırpdı. Səsə dnivalnı gələ bilməsədə briqadanın növbətçi hissəsinin rəisi gəldi. Nə etdiyimi yaxşı bilirdim və çox rahat idim. Trivoqa verildi passılnılar hərəkətə keçdilər.Briqada komandiri Polkovnik Bondorenka vicdanlı adam idi.
Stadionda bütün çastı cərgəyə yığıb uca səslə Məni çağırdı.Yaxınlaşıb raport verdim.Soruşdu ki, Sən onu necə vura bildin? Və bildirdi ki, get ştabda gözlə gəlirəm.
Səhərə kimi Mənə kommunizm quruculuğunun əxlaq kodeksindən danışdı...
Bildirdi ki, ölsə Səni həbs edəcəklər. Sağ qalsa Səni cərimə çastlarından birinə göndərəcəm.
Fərqi yoxdur dedim...
Erməni Xanaqyan ölmədi. Lakin, Məni deyil, 13 ədəd ermənini və (1 ədəd erməni zabitini) briqadadan təmizlədilər...
Sonra briqada komandiri Bondorenka ilə dost olduq. Bildirdi ki, evinizə məktub yaz əgər Sənin burda qalmağına etiraz etməsələr Ali Hərbi Məktəbə göndərəcəm...
Evə yazdığım məkubun cavabı elə yazılmışdı ki, Bondorenkanıda kəndimizə aparmasam mümkün deyildi. Gəlib dedim ki, razıdırlar...Gözlərimə baxdı və susdu...
Məktubumu oxutmuşdu...
Almaniyada olduğum 6 ayı ömrümə yazılan ən gözəl tarix hesab edirəm.
Alçaq Qorbaçov qərar çıxardı ki, institutda oxuyanlar geri qaytarılsın.1ilin tamamında geri döndük....
Bu bir qəhrəmanlıq deyil, sadə bir həyat tablosudur. Mənasız qaralama dünyanın müvəqqəti sakini olduğunuzu dərk etməklə yanaşı özünüzə sual edin:Mən necə olmalıyam?
Başınızı aşağı salıb gəzməyə davam etsəniz,o başlara çox daşlar dəyəcək.Həm də o başlar aşağı salmaq üçün deyil,yuxarı baxmaq üçün verilib. Millətimin və Dövlətimin başı hər zaman uca olmasını istəyirəm!